Azərbaycan Premyer Liqasında IX turun bu gün keçirilməsi nəzərdə tutulan "Sabah" - "Zirə" matçı təxirə salınıb.
Bu barədə Sportnet.az-a Masazır təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Matçın göstərilən tarixdə baş tutmamasının dəqiq səbəbi yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, görüş saat 16:00-da start götürməli idi.