"Sabah"ın oyunçuları - Nemət Musayev, Abdulla Rzayev, Camal Cəfərov və Yusif İmanovun Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasından çıxarılmasının səbəbi bəlli olub.
Millinin baş məşqçisi Samir Əliyevin Sportnet.az-a verdiyi məlumata görə, bu, koronavirusla bağlı deyil.
41 yaşlı mütəxəssis bildirib ki, klubun xahişi ilə həmin futbolçulara icazə verilib: "Sabah"ın bir çox futbolçusu yığmalarda olduğu üçün komanda normal məşq keçə bilmir. Klub müraciət edərək həmin oyunçuların qaytarılmasını xahiş etdi. Biz də razılaşdıq".
Qeyd edək ki, noyabrın 11-dən Bakıda təlim-məşq toplanışına başlayan U-19-da sözügedən futbolçuların əvəzinə Cavidan Abbaszadə (“Sumqayıt”), Ramin Abdullayev (“Keşlə”), Valeh Qəhrəmanlı (“Neftçi”) və Elgün Bayramov (“Səbail”) dəvət olunub.