
Yay transfer dönəmində "Qarabağ"dan ayrılan futbolçu Faysal Rerrasın yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi Mərakeş təmsilçisi "Mouloudia Ucda" ilə müqavilə imzalayıb.
Mərakeş əsilli belçikalı oyunçunun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinib.