
Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında final mərhələsinə vəsiqə qazana bilməmələrinə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu A Liqasının V tur matçında Fransa millisinə 0:1 hesablı ev məğlubiyyətindən sonra fikirlərini bölüşüb.
"Bütün oyunlar bizi nəyəsə öyrədir. Təəssüf ki, hədəfimizə çatmadıq. Başımızı qaldırmalı və birgə əldə etdiyimiz nailiyyətlərlə fəxr etməliyik" deyə kapitan vurğulayıb.
Qeyd edək ki, Fransa 5 oyundan 13 xalla A Liqasında 3-cü qrupun vahid lideri kimi yarımfinala vəsiqəni təmin edib. Portuqaliya isə 10 xalla 2-cidir. Sonuncu turda Portuqaliya Xorvatiya ilə, Fransa isə İsveçlə qarşılaşacaq.
Portuqaliya yığması ilk Millətlər Liqasının qalibi olub.