
Almaniyanın "Bavariya" klubu avrokuboklarda İspaniya "Atletiko"sunun rekordunu təkrarlayıb.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə Avstriya "Zalsburq"unu 3:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra nail olub.
Bu, komandanın avrokuboklarda ardıcıl 16-cı qələbəsidir.
"Atletiko" 2011/2012 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanıb.
Qeyd edək ki, dekabrın 1-də Çempionlar Liqasının A qrupunun V tur matçında "Atletiko" "Bavariya"nı qəbul edəcək. Münhen komandası qələbə qazanacağı təqdirdə, rekord qıracaq.