Liverpul və London şəhərlərində keçiriləcək İngiltərə Premyer Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək.
Sportnet.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, paytaxt və Mersisayd bölgəsi 2-ci risk kateqoriyasına daxil edilib.
Bu iki şəhəri təmsil edən komandaların oyunlarına iki minə yaxın fanat qatıla bilər. Beləliklə, "Liverpul", "Everton", "Tottenhem", "Çelsi", "Arsenal", "Brayton", "Kristal Pelas", "Vest Hem", "Fulhem" və "Sautqempton"un doğma meydanda oynayacağı matçlarda azarkeşlər olacaq.
Digər 10 klubun ev oyunlarında isə tribunalar boş qalacaq.