![](/uploads/posts/2020-12/medium/1606812817_gf.jpg)
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
Sportnet.az-ın məlumatına görə, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən Ağdam təmsilçisi vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə dekabrın 6-da saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.
“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
6 dekabr
14:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”
6 mart
“Qəbələ” - “Qarabağ”
Qəbələ şəhər stadionu