Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, videokonfrans formatındak toplantı saat 11:00-da start götürəcək.
İclasda 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi müzakirə ediləcək.
Həmçinin müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin sözləşmələrinin qarşılıqlı razılıq əsasında uzadılmasına baxılacaq.
Toplantıda AFFA-nın növbəti Konfransının tarixi müəyyənləşdiriləcək və digər məsələlərə də baxılacaq.