"Sabah" klubu Azərbaycan Premyer Liqasının XIII turunda bu gün "Sumqayıt"la matça itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Ruslan Abışov və Bəhlul Mustafazadə zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Koronavirusdan yeni sağalan Ulise Diallo və sarı vərəqə limitinə görə cəzalı duruma düşən Xulio Rodrigesin oynamayacağı da dəqiqdir. Bundan başqa, cinah oyunçusu Təmkin Xəlilzadənin də zədə səbəbindən görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı saat 16:00-da başlayacaq.