Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, Aqil Nəbiyev U-16, Miloş Velebit U-17, Elxan Abdullayev U-18, Samir Əliyev U-19, Milan Obradoviç isə U-21 komandasındakı işlərini davam etdirəcəklər. Müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək.
Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin az öncə başa çatan iclasında qəbul olunub.