"Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ilin son oyununda qələbə qazanaq".
Sportnet.az-ın məlumatına bunu "Sumqayıt"ın məşqçisi Elnur Çodarov Premyer Liqanın XIII turunda evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, hava şəraitinin matçın gedişinə təsir etdiyini bildirib: "Bundan başqa, zədəlilər və virusla bağlı məsələlərə oyunumuz istədiyimiz kimi alınmadı. Uşaqlar sona qədər mübarizə apardılar. Cəmaləddin Xocaniyazov, Murad Xaçayev kimi futbolçuların, həmçinin Ayxan Abbasovun texniki zonada olmaması təsirini göstərdi".