
İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd olan Emili Russo Lionel Messinin gələcəyi haqqında fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, Russo argentinalı hücumçunun özü ilə söhbət edəcəyini bildirib.
“Lionelin gözlərinə baxaraq söyləyəcəyəm: "Sənin indiki maaşın çox böyükdür, klub onu ödəyə bilmir. İndi isə icazə ver, hazırladığımız idman layihəsindən danışaq. Biz səni gənc istedadlarla əhatəyə almağa hazırlaşırıq.
Messi yayda "Barselona"dan getmək istəyirdi? Bunun səbəbi iqtisadi məsələ deyildi, idman layihəsinin yoxluğu idi" deyə Russo bildirib.
"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək. Səsvermədə yalnız komandanın kluba ödənişlər edən və üzv sayılan azarkeşləri iştirak edə biləcəklər.