"Milan" İtaliya A Seriyasının XVI turunun "Yuventus"la oyunu öncəsi koronavirus testlərinin nəticələrini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın iki futbolçusunda infeksiya aşkarlanıb.
Yarımmüdafiəçilər Ante Rebiçlə Rade Kruniçdən götürülmüş analizlərin cavabı müsbət çıxıb.
Daha əvvəl isə Turin klubunun futbolçuları Aleks Sandro və Xuan Kuadradonun virusa yoluxduqları məlum olub.
Qeyd edək ki, "Milan" - "Yuventus" oyunu bu gün keçiriləcək.