"İnter"in baş məşqçisi Antonio Konte və komandanın meneceri Qabriele Oriali İtaliya A Seriyasında XIX turun "Udineze" ilə qolsuz yekunlaşan səfər oyununun sonlarında meydandan qovulublar. Sportnet.az-ın məlumatına görə, buna hər iki şəxsin baş hakim Fabio Mareskadan narazılıqları səbəb olub.
Konte referinin hərəkətlərini sarkazmla şərh edib: "Həmişəki Mareskasan. Həmişəkisən. Hətta VAR sistemində də həmişəkisən, Mareska. Afərin, Mareska".
Orialinin şərhləri isə daha kobud olub. Mareskanın özü isə bildirib ki, məğlubiyyəti qəbul etmək lazımdır.
Bundan başqa matçın ardından paltardəyişmə otağına gedən yolda qarışıqlıq düşüb. Təfərrüatlar məlum deyil.