
"Neftçi", "Keşlə" və "Rəvan"ın sabiq futbolçusu Dmitri Kruqlov məşqçiliyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi Estoniya "Maardu"sunda çıxış etməklə yanaşı, klubun əvəzedici komandasına rəhbərlik edəcək.
O, qərarına klubla qohumluq əlaqələrinin də təsir etdiyini bildirib. Dmitrinin atası Aleksandr Kruqlov uşaq komandalarının məşqçisidir, oğlu daha bir Aleksandr Kruqlov isə klubun 2013-cü il təvəllüdlülərdən ibarət qrupunda məşq edir. "Maardu II" Estoniyanın II Liqasında çıxış edir.
Qeyd edək ki, Dmitri Kruqlov "Neftçi"də 2008 - 2010, "Keşlə"də 2010-2011, "Rəvan"da isə 2014-cü ildə çıxış edib. Onun son klubu "Levadiya" olub. Kruqlov Estoniya yığmasında 114 oyuna 4 qol vurub.