
İspaniya Kubokunun 1/4 final mərhələsinin ev oyunundan sonra "Qranada"nın futbolçusu Roberto Soldado ilə "Barselona"nın baş məşqçisi Ronald Kuman arasında münaqişə baş verib.
Sportnet.az-ın məlumatına görə, niderlandlı mütəxəssisin qələbə sevincini həzm edə bilməyən 36 yaşlı hücumçu onu təlxək adlandırıb.
İspaniyalı forvard 58 yaşlı mütəxəssisin təvazükarlıqdan uzaq olduğunu bildirib: "O, axmaq, eyni zamanda kloundur".
Qeyd edək ki, Soldado "Barselona" ilə matçda 2 qol vuraraq komandasını önə çıxarsa da, qonaqlar son dəqiqələrdə hesabı bərabərləşdirə biliblər. Əlavə vaxtda daha 3 dəfə fərqlənən kataloniyalılar 5:3 hesablı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.