
Ukraynanın "Minay" klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən "Veres"lə üz-üzə gəlib.
Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Minay"ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. 25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Andrey Tkaçuk qoyub.
Qeyd edək ki, AFFA Anatali Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır. Hazırda Antalyada olan yığmanın baş məşqçisi Canni De Byazi də oyunçunun çıxışını yaxından izləyir.