
Nüfuzlu BBC nəşri müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçuların rəmzi yığmasını açıqlayıb.
Sportnet.az xəbər verir ki, ən yaxşı "11-liy"in əsas ulduzu İspaniya "Barselona"sının kapitanı Lionel Messidir.
Siyahıda "Real Madrid"in müdafiəçisi Serxior Ramosla İngiltərənin "Mançester Siti" komandasının hücumçusu Serxio Aqureonun da adı var.
Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya)
Müdafiəçilər: Serxio Ramos ("Real Madrid", İspaniya), Cerom Boatenq, David Alaba (hər ikisi "Bavariya", Almaniya)
Yarımmüdafiəçilər: Memfis Depay ("Lion", Fransa), Fernandinyo ("Mançester Siti", İngiltərə), Corcinyo Vaynaldum ("Liverpul", İngiltərə), Yulian Draksler, Anhel Di Mariya (hər ikisi PSJ, Fransa)
Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Serxio Aquero ("Mançester Siti")
Qeyd edək ki, FIFA-nın qaydalarına əsasən, bu yay müqaviləsi bitəcək futbolçular yanvarda istənilən klublarla danışıqlar apara bilərlər.