Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.
Sportnet.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağışının gözlənilməsidir.
Fevralın 14-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.