İtaliyanın "Yuventus" klubu cari mövsüm antirekorda imza atıb.
Sportnet.az "Football Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi son 9 mövsümdəki ən pis nəticəsini göstərib.
XXII turda səfərdə "Napoli"yə 0:1 hesabı ilə uduzan komanda 42 xal toplayıb. Bu isə 2011/2012 mövsümündən sonra ən pis göstəricidir.
Andrea Pirlonun baş məşqçi olduğu komanda 12 oyunda qalib gəlib, 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Son ölkə çempionu rəqiblərindən bir oyun az keçirib.
Qeyd edək ki, "Yuventus" hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb. Turin klubu lider "İnter"dən 8 xal geridədir.