Fransa Liqa 1-in XXVI tur matçında PSJ "Monako" ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüş Parisdəki "Park-de-Prens" stadionunda keçirilib və “Monako”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 6-cı dəqiqədə Sofyan Diop açıb. 51-ci dəqiqədə Gilyermo Maripan yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra xalını 52-yə çatdıran “Monako” 4-cü pillədə qərarlaşıb. PSJ isə 54 xalla 3-cü yerdə gedir. Çempionatın lideri “Lill”in 58 xalı var.
“Monako” 2020-ci ilin dekabrından ardıcıl 11 matçdır uduzmur.