Ukrayna milli komandasının və "Ferentsvaroş" klubunun futbolçusu İqor Xaratin koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 26 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı Karina Xaratina şəxsi instaqram hesabında bildirib. O, vəziyyətlərinin dəhşətli olduğunu yazıb: "Mənim qızdırmam bu günədək 39 idi. Həyat yoldaşım isə xəstəliyi nisbətən yüngül keçirir".
Qeyd edək ki, İqor Xaratin Ukrayna yığmasının DÇ-2022-nin seçmə oyunları üçün geniş heyətinə salınıb.