"Sumqayıt" klubunun futbolçusu Höccət Haqverdi Azərbaycan millisinə çağırılacaq.
Sportnet.az-ın məlumatına görə, hazırda İrandan olan müdafiəçinin yığmaya cəlb olunması istiqamətində işlər aparılır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra 28 yaşlı oyunçunun DÇ-2022-nin seçmə matçlarına dəvət alacağı gözlənilir.
Bu addım millinin müdafiəsinin mərkəzindəki problemləri aradan qaldırmaqdan ötrü atılacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya ilə, martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə üz-üzə gələcək. Martın 27-də isə yığma Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşü keçirəcək.