Argentinalı sabiq futbolçu Xuan Sebastyan Veron "Estudiantes" klubunun prezidenti postunu tərk edib.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı funksioner vitse-prezident vəzifəsində çalışacaq.
"Ola bilsin, daha az diqqətdə olacağam. Amma eyni qaydada öz ideyalarımız naminə çalışacağıq" deyə o vurğulayıb.
Qeyd edək ki, Xuan Sebastyan Veron 2014-cü ildən klub prezidenti idi.