AFFA Apellyasiya Arbitraj Tribunalı "Qəbələ" klubunun şikayətinə baxıb.
Sportnet.az-ın məlumatına görə, əyalət təmsilçisinin futbolçusu Merab Giqauri ilə bağlı tələbi yerinə yetirilməyib.
"Qırmızı-qaralar"ın evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur matçında aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan gürcüstanlı yarımmüdafiəçinin 3 oyunluq cəzası və klubaun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.