 
İspaniyanın "Las Palmas" klubunun sabiq futbolçusu Luis Oxeda Suares 20 yaşında dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı ölüm səbəbini açıqlamayıb. Əvəzində gənc oyunçuya başsağlığı verilib.
Qeyd edək ki, Luis Oxeda Suares 2017 - 2019-cu illərdə "Las Palmas"ın gənclərdən ibarət komandasının formasını geyinib.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































