Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in futbolçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı hücumçu dərhal xəstəxanaya aparılıb.
Təcrübəli oyunçunun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı XXVII tur matçında oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, "Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.