"Gərgin mövsüm və çətin oyun keçdi. Çempionat ərzində bir çox çətinliklə üzləşdik, bunu hər kəs bilir. Hər bir futbolçuma təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis komandasının meydanda əlindən gələni etdiyini bildirib: "İstədiyimiz nəticə olmasa da, oyunumuz haqda müsbət fikir söyləyə bilərəm. Yenə deyirəm, şanslarımız var idi, hər kəs can qoydu".
O, "Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edib: "Stabil komandadır. Kubokun finalında onlara uğurlar arzu edirəm. Biz də çıxışımıza son qoyub, gələcək haqda düşünürük".