"Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, futbolçular verilən tapşırığı meydanda yerinə yetirməyə çalışdı. "Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyunundan və yanaşmasından razı qaldım".