"Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
O, çempionatın çox gərgin keçdiyini deyib: "Məqsədimiz Azərbaycan kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm".