
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, "Dalğa Arena"dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Öncə tarixində ilk dəfə bürünc medal qazanmış "Sumqayıt"a bürünc, ardınca isə "Qarabağ"a gümüş medallar verilib. Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Kevin Medinanın medalı boyunlarına taxmamaları diqqət çəkib
Sonda isə "Neftçi" qızıl medallarını alıb. "Ağ-qaralar"a çempionluq kubokunu AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
19 qolla çempionatın bombardiri olmuş "Neftçi"nin hücumçusu Namik Ələskərova isə xüsusi mükafat verilib.