AFFA İntizam Komitəsi I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" klubuna texniki məğlubiyyət verib.
Sportnet.az-ın məlumatına görə, buna komandanın "Qarabağ-2"yə qarşı XXVII tur oyununda protokolda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.
Nəticədə Ağdam təmsilçisinə 3:0 hesablı texniki qələbə verilib. "Qaradağ Lökbatan" həmçinin 400 manat məbləğində cərimələnib.
Bundan başqa, “Qarabağ-2”nin futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, komanda 20 manat cərimə olunub. Ağdamlılar oyun protokolunu gecikdirdiyi üçün əlavə 80 manat da cərimə ödəyəcək.