
Bakının Yasamal rayonunda AFFA, yerli İcra Hakimiyyəti və bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.
Sportnet.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, tanınmış incəsənət xadimi Bəhram Bağırzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışda iştirak edən uşaqlar və qonaqların iştirakı ilə futbol oyunu keçirilib. Qarşılaşmanın hakimi Bəhram Bağırzadə olub.