AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşüb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüş Bakı Olimpiya Stadionunda gerçəkləşib.
E.Məmmədov AVRO-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.
Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.