Avropa çempionatının B qrupunda mübarizə aparan Rusiya millisinin futbolçusu Yuri Jirkov heyətdən çıxarılıb.
Sportnet.az-ın məlumatına görə, buna 38 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub.
Təcrübəli oyunçunun zədəsi ağır olduğundan məşqçilər korpusu onun növbəti oyunlarda iştirakını məqsədəuyğun hesab etməyib.
Jirkov Belçikaya 0:3 hesabı ilə uduzduqları qrupun ilk matçında bud əzələsindən xəsarət alıb. O, Moskvadakı klinikalardan birində reabilitasiyaya başlayacaq.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-də başa çatacaq.