İspaniya yığması 25 ildən sonra ilk dəfə Avropa çempionatının 2 turu ərzində qələbə qazana bilməyib.
Sportnet.az-ın məlumatına görə, sonuncu dəfə bu, 1996-cı ildə baş verib. Həmin vaxt İspaniya qrupda 2-ci yeri tutub və 1/4 finalda İngiltərəyə uduzub.
Qeyd edək ki, Luis Enrikenin baş məşqçi olduğu kollektiv AVRO-2020-də İsveçlə 0:0, Polşa ilə 1:1 hesablı heç-heçə edib. Hazırda E qrupunda 2 xalla 3-cü yerdə gedən pireneylilər son turda Slovakiya ilə üz-üzə gələcək. Görüş iyunun 23-də olacaq.