Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.