
UEFA Avropa çempionatının iştirakçı sayını 24-dən 32-yə genişləndirmək məsələsini nəzərdən keçirir.
Sportnet.az-ın "Associated Press" nəşrinə istinadən məlumatına görə, formata yenidən baxılma AVRO-2028-nin ev sahibinin müəyyənləşdirilmə prosesinin gedişinə uyğun aparılır. Qərar 2023-cü ilin sonunadək qəbul edilməlidir.
Komanda sayının artımına qərar verilsə, UEFA Millətlər Liqasını populyarlaşdıra və bu turnir yekunda Avropa çempionatının seçmə mərhələsini əvəzləyə bilər.
Mümkün artıma səbəb həm də final mərhələsinin formatının sadələşdirilməsidir. AVRO-2016-dan başlayaraq, 1/8 finala qruplarda 3-cü yeri tutan 4 ən yaxşı komanda da qatılır. Lakin belə bir formatda bəzi komandalar növbəti mərhələyə yüksəlib-yüksəlmədiklərini bilmək üçün qrup mərhələsinin son oyunlarını gözləməli olurlar.