Niderland millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Aryen Robben peşəkar karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 37 yaşlı yarımmüdafiəçi özünün tvitter səhifəsində paylaşım edib.
Təcrübəli oyunçu bunun çətin qərar olduğunu söyləyib. Futbolçu ona dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu, Aryen Robbenin futbola 2-ci vidasıdır. O, daha əvvəl 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlayıb. Lakin ötən il yenidən futbola qayıdan Robben karyerasını ölkəsinin "Qroningen" klubunda bərpa edib.