
Rusiya Futbol İttifaqı (RFİ) milli komandanın baş məşqçisi Fabio Kapellonun əmək haqqının ödənilməsi üzrə pul vəsaitlərinin köçürülməsi ilə bağlı lazımi əməliyyatları həyata keçirib. Sportnet.az-ın məlumatına görə, bu barədə RFİ-nin rəsmi saytı xəbər yayıb.
İş adamı Əlişir Usmanov italiyalı mütəxəssisə olan borcun tamamilə ödənilməsi üçün RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayıracağını bəyan edib.
Qeyd edək ki, Fabio Kapello RFİ tərəfindən 4 aylıq maaşının verilmədiyini bildirmişdi.










































































