“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, əvəzedicilər bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
Qeyd edək ki, avqustun 2-dən etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlığın ikinci mərhələsini avqustun 20-dən 30-dək Türkiyədə keçəcək.
Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırı.
“Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.