"Traktorsazi" klubu baş məşqçisi Toni Oliveyra ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın məlumatına görə, tərəflər 1.5 illik müqaviləyə imza atacaq.
Portuqaliyalı mütəxəssislə müqavilənin artırılması barədə klub tərəfindən rəsmi açıqlamanın bir neçə gün ərzində verilməsi gözlənilir.
Qeyd edək ki, Toni Oliveyra 2012-ci ilin iyulundan "Traktorsazi"də çalışmağa başlayıb. 2013-cü ildə klubla yollarını ayıran portuqaliyalı baş məşqçi bir müddətdən sonra yenidən sabiq komandasına qayıdıb.