Qazaxıstan millisinin futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qazaxıstanlı jurnalist Aydın Kojahmet teleqram kanalında bildirib.
"Tobol"da çıxış edən 27 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. O, bu səbəbdən sentyabrın 8-də Bosniya və Herseqovina ilə DÇ-2022-nin seçmə oyununu buraxıb.
Valiullində hansı qadağan olunmuş maddənin tapıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.