Asiya Futbol Konfederasiyası (AFC) FIFA-nın təşəbbüsü və rəhbərliyi altında beynəlxalq oyunların təqvimini optimallaşdırmaq baxımından dünya çempionatının 2 ildən bir keçirilməsi təklifini alqışlayır.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, AFC-nin bu istiqamətdə maraqlı tərəflərlə işləmək əzmində olduğu bildirilib.
"Dünyanın bütün regionları üçün müxtəlif ehtiyacları və potensial faydaları əks etdirən gələcək beynəlxalq oyun təqviminin formalaşdırılmasında fəal iştirak etməyi səbirsizliklə gözləyirik", - məlumatda vurğulanıb.
Qeyd edək ki, dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi, hazırda isə FIFA-da Futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib.