Türkiyə TFF 1-ci liqasında ən çox futbolçudan istifadə edən komandalar açıqlanıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb.
Bursa təmsilçisi və "Gençlerbirli" 6 oyunda 27 oyunçunun xidmətindən yararlanıb. İlk sırada isə "Denizlispor" (30 futbolçu) qərarlaşıb.
Bu görüşlərdə 188 dəqiqə meydanda olan Ələskərov komanda yoldaşlarının arasında 14-cü yerdədir.
Qeyd edək ki, "Bursaspor" 6 turdan sonra 5 xalla 16-cıdır.