UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın oyunçusu Kadri Borgesin də dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.
25 yaşlı yarımmüdafiəçinin rəqib qapısından keçirdiyi birinci qol fərqləndirilib.
Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
Goal of the Week contenders ⚽️ Who gets your vote?
— UEFA Europa Conference League (@europacnfleague) September 30, 2021
⚽️ Kady
⚽️ Maximilian Wittek
⚽️ Žiga Kous
⚽️ Aleksandar Glišić@Heineken | #UECLGOTW | #UECL pic.twitter.com/C9fU8A6Lns