1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayevsiz qələbə, Rail Məlikovla məğlubiyyət
Türkiyə I Liqasında XX turun 9 oyunundan 8-i başa çatıb. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolçuların yer aldığı komandaların qarşılaşmalarında fərqli nəticələr qeydə alınıb.
"Boluspor" Vaqif Cavadovun sonadək ehtiyatda qaldığı ev oyununda "Samsunspor"la heç-heçə edib - 0:0.
Rail Məlikov "Dənizlispor"un start heyətində meydana çıxaraq, 90 dəqiqə oynasa da, komandası evdə "Altınordu"ya uduzub - 1:2.
Türkiyə Kubokunda 1/4 finala yüksələn "Kayserispor"la "Manisaspor"un qarşılaşması daha çox diqqət mərkəzində olub. Lakin meydan sahiblərinin heyətində Kamran Ağayev meydana çıxmayıb. O, sonadək ehtiyatda qalıb. Branimir Subaşiç isə 80-ci dəqiqədə oyuna daxil olsa da, yalnız 4-cü uzatma dəqiqəsində sarı vərəqə ilə yadda qalıb. Ümumilikdə iki komandanın futbolçularına üst-üstə 3 qırmızı, 9 sarı vərəqə göstərilib. Görüş isə "Kayserispor"un qələbəsi ilə yekunlaşıb - 2:1.
Cavid İmamverdiyevin zədə üzündən oynamadığı qarşılaşmada "Elazığspor" "Şanlıurfaspor"a qalib gələ bilməyib - 1:1.
Nəhayət, Mahir Şükürov ilk oyun günündə "Karşıyaka"nın start heyətində yer alıb və "Osmanlıspor"a 5-ci dəqiqədə qol vurub. Amma görüş heç-heçə ilə nəticələnib - 1:1.
Tura fevralın 16-da Cəmşid Məhərrəmovun klubu "Adanaspor"la Vaqif Cavadovun keçmiş komandası "Qaziantep BB" arasında matçla yekun vurulacaq.
Qeyd edək ki, hazırda "Kayserispor" 20 oyundan 43 xalla 1-ci, "Karşıyaka" 30 xalla 7-ci, "Boluspor" 27 xalla 9-cu, "Elazığspor" 24 xalla 12-ci yerdədir. "Dənizlispor" və "Manisaspor" hərəyə 17 xalla 16-17-ci yerləri bölüşdürürlər. 19 oyundan 22 xala malik "Adanaspor" isə 13-cüdür.