"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi dövlət başçısı qarşısında çıxış edərək, ona doğma rayonunun işğaldan azad edilməsi münasibətilə təşəkkürünü bildirib.
"Hamımız çalışırdıq xidmət edək, hərbçi kimi olmasa da, idmançı kimi çalışdıq ki, Qarabağa xidmət edək. Biz beynəlxalq oyunlarda həmişə bir az məğlub kimi idik, amma indi fərqli çıxış etməyə çalışırıq" deyə o vurğulayıb.
Prezident İlham Əliyev isə "Əlbəttə, artıq biz bundan sonra qalib xalq kimi əbədi yaşayacağıq" söyləyib.