İngiltərənin səviyyəcə 5-ci liqasında "Oltringem" və "Solihall Murs" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, azarkeşlərdən biri "Solihall Murs"un təhlükəli hücumu zamanı 90-cı dəqiqədə meydana girib.
Fanat komandanın hücumunu pozmağa çalışıb və topu sürüşərək uzaqlaşdırıb. Qonaqların futbolçusu Adam Runi məsələ ilə bağlı danışıb. Runi bu hərəkətinə görə fanatın matçın ən yaxşı adamı seçilməli oludğunu bildirib.
A fan ran on the pitch during Altrincham vs Solihull Moors and produced a pretty spectacular tackle ???? pic.twitter.com/qdP1XngOGS
— Aston Villa Statto (@AVFCStatto) October 26, 2021