İngiltərə millisinin, "Arsenal" və "Liverpul" klublarının sabiq futbolçusu Rey Kennedi dünyasını dəyişib.
Sportnet.az-ın Mersisayd təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 71 yaşında vəfat edən veteran yarımmüdafiəçi uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, 1976 - 1980-ci illərdə yığmanın şərəfini qorumuş Kennedi 18 oyunda 3 qol vurub. O, "Liverpul"un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA Kuboku (1976) və Superkubokunu (1977) qazanıb.